Şahmat üzrə onlayn Qran-pri turniri keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Şahmat üzrə onlayn Qran-pri turniri keçiriləcək

16:12 - 16 / 04 / 2020
Şahmat üzrə onlayn Qran-pri turniri keçiriləcək

19-26 aprel tarixlərində “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 17 yaşadək şahmatçılar arasında onlayn Qran-pri turniri keçiriləcək.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, turnirdə 2003-cü il təvəllüdlü və daha kiçik yaşlı məktəblilər, o cümlədən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin və şahmat klublarının şahmatçıları iştirak edə bilərlər.

Oyunlar www.chess.com internet portalı üzərindən 6 seçmə və final olmaqla 7 mərhələ üzrə keçiriləcək. Məktəbli şahmatçıları həvəsləndirmək məqsədilə hər seçmə mərhələnin birində milli yığma komandamızın üzvlərindən bir nəfər fəxri üzv kimi yarışa qatılacaq. Belə ki, məktəblilər Rauf Məmmədov, Eltac Səfərli, Namiq Quliyev, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova kimi şahmatçılarla mübarizə aparmaq imkanı əldə edəcək. Hər seçmə mərhələ oyunlara qatılan fəxri üzvlərin adı ilə adlandırılacaq və onların yarışdakı nəticələri müsabiqədən kənar hesab olunacaq.

Qeyd edək ki, onlayn formatda yarış  koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi müvəqqəti olaraq dayandırıldığından məktəblilərin ev şəraitində vaxtlarını daha da səmərəli keçirməsi, onların müasir texnologiyalardan istifadə etməklə yarış təcrübələrinin artırılması üçün təşkil edilir.

Onlayn keçiriləcək Qran-pri turnirinə dair müvafiq məlumatlarla aşağıda qeyd olunan linklər vasitəsilə tanış ola bilərsiniz:

Turnirin internet səhifəsi:

https://www.tehsilchess.az/ogp2020/

Yarışın keçirilməsi barədə elan:

https://www.tehsilchess.az/ogp2020-elan/

Əsasnamə:

https://www.tehsilchess.az/wp-content/uploads/2020/04/%C6%8Fsasnam%C9%99-OGP-T%C9%99hsil.pdf

Video təlimat:

https://youtu.be/nagIF_4XKoQ

Yazılı təlimat:

https://www.tehsilchess.az/wp-content/uploads/2020/04/T%C9%99limat-OGP2020.pdf

Qafar Ağayev

Paylaş:
767

Son xəbərlər

Bütün xəbərlər