Hikmət Hacıyev: “May ayında hava əlaqələrinin bərpası nəzərdə tutulmur” | 1news.az | Xəbərlər
Cəmiyyət

Hikmət Hacıyev: “May ayında hava əlaqələrinin bərpası nəzərdə tutulmur”

17:23 - 16 / 04 / 2020
Hikmət Hacıyev: “May ayında hava əlaqələrinin bərpası nəzərdə tutulmur”

“Digər ökələrdəki Azərbaycan vətəndaşlarının da ölkəyə gətirilməsi üçün çarter reyslərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu müraciətlərin sayından asılı olaraq prioritet müəyyənləşdiriləcək”. 

1news.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. 

H.Hacıyev deyib ki, biletləri olanlara, azyaşlılara, qocalara üstünlük verilərək vətəndaşlarımız ölkəyə gətiriləcək: “Həmin vətəndaşlar yenə də xüsusi karantin zonalarında yerləşdiriləcək, onlardan test nümunələri götürüləcək. May ayı ərzində da yükdaşımalar istisna ilə, hava əlaqədərinin bərpası nəzərdə tutulmur”.

1news.az

Paylaş:
458

Son xəbərlər

Bütün xəbərlər