Rusiyadakı soydaşlarımız üçün “Evə gedirəm” portalının iş prinsipi açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiyadakı soydaşlarımız üçün “Evə gedirəm” portalının iş prinsipi açıqlanıb

17:26 - 16 / 04 / 2020
Rusiyadakı soydaşlarımız üçün “Evə gedirəm” portalının iş prinsipi açıqlanıb

“Son günlər bəzi vətəndaşlarımızın Samur keçid məntəqəsində aidiyyəti orqanların fəaliyyətinə maneə yaratmaq cəhdləri kimi arzuedilməz hallar baş verib”.

1news.az-ın verdiyi xəbərə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib:

“Xaricdə olan vətəndaşlarımız başa düşür ki, həyata keçirilən tədbirlər ailə üzvlərinin, qohumlarının sağlamlığının qorunması üçün həyata keçirilir. Xaricdəki vətəndaşlarımızın mütləq əksəriyyəti tərəfindən bu tədbirlər yüksək dəyərləndirilir, anlayışla qarşılanır. Ancaq müstəsna hallar da olur.

Sərhəd keçid məntəqələri qarşısında toplanma, sosial şəbəkələrdə çıxışlar yolverilməz hallardır. Ona görə də Rusiyadakı soydaşlarımızın Azərbaycana gətirilməsində növbəlilik yaradılması üçün “Evə gedirəm” portalı yaradılıb. Qarşıdakı günlərdə portal aktiv fəaliyyətə başlayacaq. Bu portal Rusiyadakı soydaşlarımız üçün nəzərdə tutulub. Rusiyadakı soydaşlarımız bu portalda qeydiyyatdan keçəcək və onların növbəlilik ardıcıllığı ilə müəyyən qruplar şəklində ölkəyə keçməsi təmin olunacaq.

200-400 nəfər Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi nəzərdə tutulub. Portal fəaliyyətə başladıqdan sonra 5 gün ərzində müraciətlər qəbul ediləcək. Sonra 5 gün portalın fəaliyyəti dayandırılacaq və növbəlilik ardıcıllığı ilə qayıdış təmin olunacaq. Bu günə qədər qaynar xəttə 550 Rusiyada yaşayan Azərbaycan vətəndaşı müraciət edib və onların da adı sistemə yüklənəcək. İlk növbədə onların gəlişinə üstünlük veriləcək”.

S.Xankişiyeva

 

Paylaş:
1379

Son xəbərlər

Bütün xəbərlər