Diplomatik nümayəndəliklərin əməkdaşları arasında yoluxma halı qeydə alınmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Diplomatik nümayəndəliklərin əməkdaşları arasında yoluxma halı qeydə alınmayıb

17:34 - 16 / 04 / 2020
Diplomatik nümayəndəliklərin əməkdaşları arasında yoluxma halı qeydə alınmayıb

Xaricdəki diplomatik nümayəndəliklərin əməkdaşları arasında yoluxma halı qeydə alınmayıb.

1news.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi məbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. 

“Bu günə qədər xaricdəki diplomatik nümayəndəliklərin əməkdaşları arasında yoluxma halı qeydə alınmayıb. Onlar öz fəaliyyətlərini gücləndirilmiş iş rejimində davam etdirirlər. Çalışırıq ki, xaridə olan vətəndaşlarımıza lazımi köməkliyi göstərək”.

1news.az

Paylaş:
522

Son xəbərlər

Bütün xəbərlər