Fuad Muradov: 47 ölkədən 5104 müraciət daxil olub

“Qlobal pandemiyanın nəticələrinin aradan qaldırılması üçün Azərbaycan dövləti bütün istiqamətlərdə misilsiz tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyeva mehriban xanım tərəfindən həyata keçirilən bu günki pandemiya ilə bağlı olan ciddi tədbirlər öz töhfəsini veməkdədir”.
1news.az xəbər verir ki, bunu Diasporlarla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
“Xaricdə səfərdə olan vətəndaşlara müxtəlif dəstəyin göstərilməsi ilə bağlı ilk gündən müraciətlərin qəbulu başlanılmışdır. Bu prosesin rahat və məhsuldan həyata keçirilməsi üçün işçi qrupları yaradılıb. Daxil olan məlumatlar 3 kateqoriya ilə təsnifstlandırılb. 1-ci – gündəlik iaişə və yaşayış təminatı ilə bağlı, 2-ci – təxliyə və 3-cü – müxtəlif sənədləşmə ilə bağlı məsələlər. Görüləcək işlər operativ planlaşdırılıb və həmin ünvanlara cavablar çatdırılıb. Daxil olan məlumatlar tərəfimizdən müvafiq dövlət qurumlarına yönəldilib.
COVİD-19 pandemiyası səbəbibdən xaricdə qalan, müvəqqəti yaşayan, təhsil alan, səfərdə olan vətəndaşlarımızın maarifləndirilməsi və yönləndirilməsi həyata keçirilib. Azərbaycan yeganə ölkələrdəndir ki, bu problemi ilk gündən ciddi nəzarətə götürüb".
F.Muradov deyib ki, 47 ölkədən 5104 müraciət daxil olub.
“Bunlardan bəziləri müxtəlif sənədlərlə bağlı olub, 1942 nəfərə isə müxtəlif yardımlar edilib”.
Qafar Ağayev