Hələlik beynəlxalq uçuşların həyata keçirilməsi nəzərdə tutulmur - Hikmət Hacıyev | 1news.az | Xəbərlər
Cəmiyyət

Hələlik beynəlxalq uçuşların həyata keçirilməsi nəzərdə tutulmur - Hikmət Hacıyev

1news Redaksiyası17:40 - 16 / 04 / 2020
Hələlik beynəlxalq uçuşların həyata keçirilməsi nəzərdə tutulmur - Hikmət Hacıyev

Hələlik beynəlxalq uçuşların həyata keçirilməsi nəzərdə tutulmur və bu, may ayına da şamil ediləcək.

1news.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev qeyd edib ki, həmin müddətdə xüsusi çarter reysləri istisna olmaqla, sərnişin daşımalarının həyata keçirilməsinə yol verilməyəcək. O qeyd edib ki, bu tədbirlər virusun xaricdən idxal olunmasının və yenidən yoluxmaların qarşısının alınması məqsədilə həyata keçirilir.

1news.az

Paylaş:
645

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər