Bakıda xadimə evdən 30 min manatlıq oğurluq etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda xadimə evdən 30 min manatlıq oğurluq etdi

09:45 - 16 / 04 / 2020
Bakıda xadimə evdən 30 min manatlıq oğurluq etdi

Bakıda evdə oğurluq hadisəsi baş verib.

1news.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə martın 15-dən aprelin 15-dək paytaxtın Nərimanov rayonunun M.Arif küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs N.Rzayevaya məxsus evdən 30 min manat dəyərində qızı-zinət əşyaları oğurlayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü C.Əliyeva saxlanılıb.

Faktla Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma zamanı məlum olub ki, C.Əliyeva həmin mənzildə xadimə işləyirmiş.

1news.az

Paylaş:
483

Son xəbərlər

Bütün xəbərlər