Ötən gün karantin qaydalarını pozan 2923 sürücü cərimələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün karantin qaydalarını pozan 2923 sürücü cərimələnib

09:52 - 16 / 04 / 2020
Ötən gün karantin qaydalarını pozan 2923 sürücü cərimələnib

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 15.04.2020-ci il saat 00:00-dan 16.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2923 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə 1news.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 22859 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qafar Ağayev

 
Paylaş:
919

Son xəbərlər

Bütün xəbərlər