Türkiyədən gələn azərbaycanlı həkimlər haralara göndəriləcək? - ÜST rəsmisi açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyədən gələn azərbaycanlı həkimlər haralara göndəriləcək? - ÜST rəsmisi açıqladı

11:21 - 16 / 04 / 2020
Türkiyədən gələn azərbaycanlı həkimlər haralara göndəriləcək? - ÜST rəsmisi açıqladı

“Bu layihənin məqsədi Azərbaycan hökumətinin COVİD-19 xəstəliyinə qarşı  həyata keçirdiyi hazırlıqları gücləndirməyə dəstək verməkdir”.

1news.az xəbər verir ki, bunu COVID-19-a qarşı REACT-C19 layihəsi ilə bağlı mətbuat konfransında ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Bu layihənin məqsədi Azərbaycan hökumətinin COVİD-19 xəstəliyinə qarşı  həyata keçirdiyi hazırlıqları gücləndirməyə dəstək verməkdir. Bilirsiniz ki, COVİD-19-da bağlı xəstəxanalar hazırlanır, böyük güclə və sürətlə təlimlər keçirilir, bir çox iş görülür. TƏBİB başda olmaqla bütün hökumət təşkilatı bu işin içindədir. Biz də Ümumdünya Səhiyyə Təşkilatı olaraq başqa heçnə etmirik, bütün gücümüzlə COVİD-19 xəstəliyi ilə mübarizəyə dəstək veririk.  Bu layihə də xəstənaların gücləndirilməsinə dəstək üçün başladıldı. Buraya gələn 19 həkim dostumuz Bakıda və rayonlarda çeşidli xəstəxanala göndərilərək, 3 ay boyunca buradakı həmkarlarına dəstək olacaqlar, sistemlərin gücləndirilməsinə çalışacaqlar.

Qafar Ağayev

Paylaş:
955

Son xəbərlər

Bütün xəbərlər