Ramin Bayramlı: Çarpayı fondumuzun cəmi 30-40 faizini istifadə edirik | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramin Bayramlı: Çarpayı fondumuzun cəmi 30-40 faizini istifadə edirik

11:29 - 16 / 04 / 2020
Ramin Bayramlı: Çarpayı fondumuzun cəmi 30-40 faizini istifadə edirik

Ölkəmizdə həkim çatışmazlığı yoxdur.

1news.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:

“Ölkəmizdə həkim çatışmazlığı yoxdur. Bütün səhiyyə müəssisələrimizdəki mütəxəssislər səfərbər edilib. Çarpayı fondumuzun cəmi 30-40 faizini istifadə edirik. Modul tipli xəstəxanaların tikintisi başa çatandan sonra çarpayı fondumuz daha da artacaq”.

ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı da bildirib ki, Türkiyədən həkimlərin gəlməsi Azərbaycanda həkim çatışmazlığı ilə bağlı deyil.

1news.az

Paylaş:
821

Son xəbərlər

Bütün xəbərlər