TƏBİB sədri: Gələn həftə iki yeni laboratoriya istifadəyə veriləcək

“Biz ən müasir, ən dəqiq nəticələri verəcək və dünya səhiyyə təşkilatının təstiq etdiyi şirkətlərin istahsal etdiyi reaktivləti əldə edirik”.
1news.az xəbər verir ki, bunu COVID-19-a qarşı REACT-C19 layihəsi ilə bağlı mətbuat konfransında TƏBİB-in sədri Ramil Bayramlı deyib:
“Çox test edirik, az xəstə çıxır, buna sevinməliyik. Çünki biz lazımi əks-epidemik tədbirlərə zamanında başlamışıq. Bunlar barədə dəfələrlə məlumat verilib. Atılan addımlar nəticəsində test etmə imkanlarımız çox genişlənib. Ölkəmizin bütün regionlarını logistika baxımından əhatə edə bilirik. Önümüzdəki həftə ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə iki yeni laboratoriya Şəki və Sumqayıt şəhərlərində fəaliyyətə başlayacaq” – deyə, TƏBİB sədri fikirlərinə əlavə edib.
Qafar Ağayev