Ramin Bayramlı: Azərbaycanda koronavirusa yoluxmuş şəxslər plazma üsulu ilə müalicə olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramin Bayramlı: Azərbaycanda koronavirusa yoluxmuş şəxslər plazma üsulu ilə müalicə olunacaq

11:52 - 16 / 04 / 2020
Ramin Bayramlı: Azərbaycanda koronavirusa yoluxmuş şəxslər plazma üsulu ilə müalicə olunacaq

"Azərbaycanda koronavirusa yoluxmuş şəxslər plazma üsulu ilə müalicə olunacaq".

1news.az-ın verdiyi xəbərə görə, bunu REACT-C19 layihəsinin təqdimatında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

“Bu gün ölkəmizdə bütün müalicə protokollarının tətbiqindən istifadə etmək üçün imkanlar vardır. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin rəhbəri Valeh Hüseynov və ayrılmış xüsusi komanda tərəfindən belə bir layihə hazırlanıb. Səhiyyə nazirin müavini ilə nazirliyin Elmi-tibbi Şuarsı ilə mövzunu müzakirə etdik.

Hesab edirəm ki, Covid-19-dan sağalmış şəxsləri növbəti həftə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə dəvət edəcəyik. Qeyd edim ki, Möhrətəm Prezidentimiz tərəfidən ötən il oraya ayrılmış xüsusi investisiya ilə bütün vasitə imkanlarına malik – plazmanın ayırd edilsməsi və müxtəlif diaqnostik kriteriyaların tamamlanmasından sonra terapeftik məqsədlərlə istifadə edilmə imkanı olacaq. Bu yəqin ki gələn həftədən reallaşacaq. Ofisimizdə hal-hazırda sağalmış şəxslərin plazmasının alınması ilə bağlı dəvət mexanizmi işlənib hazırlanır”.

S.Xankişiyeva

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər