PDM ekipajları döyüş vərdişlərini təkmilləşdirir - FOTO - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq piyadaların döyüş maşınları (PDM) ekipajları döyüş bacarıqlarını təkmilləşdirir.
Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, təlim məşqlərinin əsas məqsədi zirehli texnika ekipajlarının döyüş hazırlığının artırılması, PDM-lərin çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.



1news.az
831