Bakıda polis maşınının üzərində əyləşən şəxs həbs edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda polis maşınının üzərində əyləşən şəxs həbs edildi

19:51 - 17 / 04 / 2020
Bakıda polis maşınının üzərində əyləşən şəxs həbs edildi

Sosial şəbəkələrdə yol polisinin xidməti avtomobillərinin üzərinə çıxan şəxslə bağlı məhkəmənin hökmü ilə inzibati tənbeh tədbiri tətbiq edilib.

"Report"un xəbərinə görə, fotoşəkillər sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra Nərimanov Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Nəsimi rayon sakini, 1999-cu il təvəllüdlü Nicat Mustafayev müəyyən olunaraq saxlanılıb.

Nərimanov RPİ-də N.Mustafayev barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.

Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

S.Xankişiyeva

 

 

 

Paylaş:
834

Son xəbərlər

Bütün xəbərlər