Mehriban Əliyeva Gürcüstana minnətdarlığını bildirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mehriban Əliyeva Gürcüstana minnətdarlığını bildirib - FOTO

09:23 - 17 / 04 / 2020
Mehriban Əliyeva Gürcüstana minnətdarlığını bildirib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində Gürcüstanın Azərbaycanla həmrəyliyi çərçivəsində Tbilisidə teleqüllənin Azərbaycan bayrağı ilə işıqlandırılması ilə bağlı paylaşım edilib.

1news.az-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanın paylaşımında deyilir:

"Tarixən təşəkkül tapmış mehriban dostluq münasibətlərimiz olan Gürcüstana dərin minnətdarlığımı bildirirəm! Çətin sınaq anlarında xalqların bir-birinə dəstək göstərməsi – dostluq və qardaşlığın ən gözəl təzahürüdür. Əminəm ki, xalqlarımızın möhkəm iradəsi və həmrəyliyi sayəsində biz dünyamızın bu gün üzləşdiyi bütün çətinlikləri tezliklə geridə qoyacağıq! Hamıya möhkəm cansağlığı arzulayıram!"

1news.az

Paylaş:
494

Son xəbərlər

ABB binasında Libraff!

16 / 09 / 2025, 17:24
Bütün xəbərlər