“Jurnalistlərin binaları”nda elektrik enerjisi kəsilib - SƏBƏB

Bu gün səhər saatlarında "Jurnalistlərin binası"nda elektrik enerjisinin təchizatı dayanıb.
1news.az-a faktı təsdiq edən "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib ki, kəsintiyə səbəb texniki qəzadır:
"Səbail rayonu ərazisində "Azərişığa"a məxsus yüksəkgərginlikli xətdə texniki qəza baş verib. Nəticədə həmin xətdən qidalanan 3 yarımstansiyada (102,105 və 108 saylı) elektrik enejisi təchizatı dayanıb.
Həmin yarımstansiyalardan ikisi də Bayıl ərazisində "Jurnalistlərin binası"dır. Hazırda əməkdaşlarımızdan ibarət bir neçə briqada ərazidə çalışır. Qarşıdakı saatlarda elektrik enerjisinin verilişi bərpa olunacaq".
Qafar Ağayev
589