Bakı sakinlərinə xəbərdarlıq: sabah küçəyə çıxmayın! | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı sakinlərinə xəbərdarlıq: sabah küçəyə çıxmayın!

11:17 - 17 / 04 / 2020
Bakı sakinlərinə xəbərdarlıq: sabah küçəyə çıxmayın!

Aprelin 18-də paytaxtın 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə 1news.az-a paytaxtın kommunal strukturlarından məlumat veriblər.

“Aprelin 18-də hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur”- deyə, məlumatda qeyd olunub. 

1news.az

Paylaş:
406

Son xəbərlər

Bütün xəbərlər