Milli Məclis AŞPA-ya etiraz məktubu göndərdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclis AŞPA-ya etiraz məktubu göndərdi

11:25 - 17 / 04 / 2020
Milli Məclis AŞPA-ya etiraz məktubu göndərdi

Milli Məclis Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “seçkilər”ə münasibət bildirmədiyinə görə Avropa Şurası Parlament Assambleyasına (AŞPA) etiraz məktubu göndərib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

S.Qafarova bildirib ki, AŞPA-nın bu qondarma “seçkilərə” münasibət bildirməməsi təəssüf doğurur.

Spiker, həmçinin anti-milli qüvvələri tənqid edib. O qeyd edib ki, həmin anti-milli qüvvələr ermənilərin maraqlarına xidmət edirlər.

1news.az

Paylaş:
904

Son xəbərlər

ABB binasında Libraff!

16 / 09 / 2025, 17:24
Bütün xəbərlər