Milli Məclisin plenar iclasının keçirilmə müddəti azaldıldı

“Plenar iclasları karantin dövründə 2 saat müddətində yekunlaşdıraq”.
1news.az-ın APA-ya istinadən məlumatına görə, bu, bu gün Milli Məclisin iclasında Ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzənin (2019-cu il üzrə)" müzakirəsi zamanı MM-in Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O bildirib ki, virus daha çox qapalı məkanlarda yayılır: “Buna görə də çıxışlar 5 dəqiqəyə, iclaslar isə 2 saata yekunlaşmalıdır. Bu alınmasa, 2 saatdan sonra fasilə verilməli, qapı-pəncərələr açılıb, hava dəyişdirilməlidir”.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
1news.az
462