“Evə gedirəm” portalı istifadəyə verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Evə gedirəm” portalı istifadəyə verilib

13:05 - 18 / 04 / 2020
“Evə gedirəm” portalı istifadəyə verilib

Koronavirus (COVİD-19) pandemiyası səbəbindən Azərbaycana gələ bilməyən soydaşlarımız üçün hazırlanan ''Evə gedirəm'' istifadəyə verilib.

1news.az-ın məlumatına görə, ilkin mərhələdə portala sadəcə Rusiyada olan Azərbaycan vətəndaşları müraciət edə biləcəklər.

Xatırladaq ki, portala müraciət edən vətəndaşlar ölkəyə mərhələli şəkildə gətiriləcəklər. Portala yalnız Rusiyanın internet şəbəkəsi vasitəsilə müraciət etmək mümkün olacaq.

Azərbaycana gətirilən vətəndaşlar dövlət hesabına 14-21 gün müddətinə karantinə yerləşdiriləcəklər.

Rusiyadan olan müraciətlərin həyata keçirilməsinin ardından digər ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi məsələsinə baxılacaq.

1news.az

Paylaş:
1142

Son xəbərlər

Bütün xəbərlər