Azərbaycanda 2020-ci ildə istehsal olunan avtomobillərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 2020-ci ildə istehsal olunan avtomobillərin sayı açıqlanıb

14:51 - 18 / 04 / 2020
Azərbaycanda 2020-ci ildə istehsal olunan avtomobillərin sayı açıqlanıb

2020-ci ilin yanvar-mart aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 112,0 milyon manatlıq məhsul istehsal edilib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,3 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı isə 66,7 faiz artıb.

Yanvar-mart aylarında 672 ədəd minik avtomobili istehsal olunub, ştanqlı quyu nasoslarının istehsalı isə 42,4 faiz artıb.

1news.az

Paylaş:
720

Son xəbərlər

Bütün xəbərlər