Milli Məclisdə qanvermə aksiyası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisdə qanvermə aksiyası keçirilib

18:27 - 18 / 04 / 2020
Milli Məclisdə qanvermə aksiyası keçirilib

Bu gün Milli Məclisdə qanvermə aksiyası keçirilib.

1news.az-ın məlumatına görə, deputatlar, Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları, o cümlədən jurnalistlər könüllü qan veriblər.

Milli Məclisin spikeri Sahibə Qafarova ötən gün Plenar iclasda bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xeyirxah bir kampaniya başlanıb.

“Xəstə insanlara kömək üçün qanvermə aksiyaları keçirilir. Mən belə düşünürəm ki, Milli Məclis də bu təşəbbüsə qoşulmalıdır. Biz bunun üçün Milli Məclisdə xüsusi yer ayırmışıq və həkim briqadası dəvət etmişik. Aprelin 18-də Milli Məclisin binasında saat 12.00-dan etibarən Milli Məclisin deputatları, Aparatın və İşlər İdarəsinin əməkdaşları könüllü qan verə bilərlər”.

İrsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə aprelin 18-də Milli Məclisin Sədri Sahibə xanım Qafarova başda olmaqla  deputatlar və Aparatın əməkdaşları, İşlər idarəsinin işçiləri parlamentdə bu məqsədlə ayrılmış yerə gələrək növbə ilə qan verdilər. Dəvət olunmuş həkim briqadası bu xeyirxah kampaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilirdi.

Aksiyada iştirak edən KİV nümayəndələri də prosesi işıqlandırmaqla yanaşı Milli Məclisin Sədri Sahibə Qafarovanın çağırışına qoşularaq parlament işçiləri ilə birgə qan verdilər.

1news.az

Paylaş:
917

Son xəbərlər

Bütün xəbərlər