Ötən gün yol qəzasında 1 nəfər ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün yol qəzasında 1 nəfər ölüb

13:03 - 20 / 04 / 2020
Ötən gün yol qəzasında 1 nəfər ölüb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, aprelin 19-da törədilən 25 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Qafar Ağayev

Paylaş:
385

Son xəbərlər

Bütün xəbərlər