Şahin Seyidzadə: Karantindən sonrakı həyata hazır olmalıyıq

Millət vəkili Şahin Seyidzadə Azərbaycanda karantin müddətinin uzadılmasına münasibət bildirib.
1news.az-ın məlumatına görə, millət vəkili şəxsi Facebook səhifəsində bildirib ki, hər kəs karantindən sonrakı həyata hazır olmalı və ruh yüksəkliyini qorumalıdır. O, bu səbəblə karantin müddəti ərzində "#hərşeyyaxşıolacaq #yenidən" həştəqləri ilə hər gün hesabımından hekayə hissəsində paylaşımlar edəcəyini söyləyib:
“Nazirlər Kabineti yanında Operativ Qərargahın 2 aprel 2020-ci il tarixli 124 saylı qərarı ilə karantin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılmışdır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Koronavirusla mübarizə siyasətimiz nəticəsində ölkəmizdə bu təhlükə olduqca azaldıldı. Xalqımız bu müddətdə Prezident cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına dəstək oldu, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına, qərarlarına riayət etdi, birlik nümayiş etdirdi.
Biz karantindən sonrakı həyata hazır olmalı və ruh yüksəkliyimizi qorumalıyıq. Bu səbəblə karantin müddətidə ərzində "#hərşeyyaxşıolacaq #yenidən" həştəqləri ilə hər gün hesabımın hekayə hissəsində paylaşımlar olacaq.
Bütün həmkarları, dövlət və özəl qurumları, təşkilatları, ictimai birlikləri, onların nümayəndələrini, müəllimləri, valideynləri, gəncləri, tələbələri biz sözlə, hər kəsi #hərşeyyaxşıolacaq #yenidən deməyə çağırıram!”.
SÖZdə yox, ƏMƏLdə göstərək ki, #yenidən #hərşeyyaxşıolacaq!”
1news.az