Bakıda taksi karantin postunda iki polisi vurdu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda taksi karantin postunda iki polisi vurdu

14:06 - 21 / 04 / 2020
Bakıda taksi karantin postunda iki polisi vurdu

Bakıda taksi karantin postundakı polisləri vurub.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, hadisə aprelin 19-da, saat 22 radələrində qeydə alınıb.

Xüsusi karantin rejimi ilə əlaqədar Nəsimi rayonunun Bakıxanov küçəsində quraşdırılmış postda Bakı şəhər sakini B.Abbasov idarə etdiyi "London Taxi" markalı avtomobillə orada xidmət aparan Nəsimi RPİ-nin əməkdaşı X.Allahverdiyevi və Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarında xidmət edən R.Bəxtiyarlını vurub.

Onlar DİN-in Hospitalına yerləşdiriliblər.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Abbasov saxlanılıb.

1news.az

Paylaş:
578

Son xəbərlər

Bütün xəbərlər