Bakıda yol qəzası - Bir nəfər öldü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, aprelin 20-də saat 16 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Rüstəmov idarə etdiyi “Mitsubishi” markalı yük avtomobili ilə dönmə əməliyyatı aparan zaman yük yerində olan dəmir künclük yolun kənarında dayanan paytaxt sakini İlkin Xankişiyevin baş nahiyəsinə dəymiş və o, hadisə yerində ölüb.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
1news.az
534