Yeni layihə - “Biz xalqın içindəyik” - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni layihə - “Biz xalqın içindəyik” - FOTO

16:20 - 21 / 04 / 2020
Yeni layihə - “Biz xalqın içindəyik” - FOTO

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ciddi karantin şəraitində əhalinin asudə vaxtını təşkil etmək, onlara nikbin əhval-ruhiyyə bəxş etmək məqsədilə silsilə tədbirlər keçirir, eyni zamanda ölkədə həyata keçirilən bir sıra layihələrə öz töhfəsini verməyə çalışır.

1news.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Mədəniyyət kanalının birlikdə gerçəkləşdirdiyi “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində tanınmış sənətkarlarımızla birlikdə gerçəkləşdirilən “Biz xalqın içindəyik” layihəsinə Baş İdarə də dəstək verib.

Bu təşəbbüsü ilk dəstəkləyən Səbail rayon İcra Hakimiyyəti ərazidə tanınmış sənətkarlarımızın əhali ilə bu çətin günlərdə birlikdə olmalarını nümayiş etdirmək üçün lazımi şərait yaradıb.

“Evakuator” üzərində baş tutan konsertlərdə Azərbaycan Respublikasının Əməkdar artistləri Lalə Məmmədova, Ədalət Şükürov, populyar müğənnilər Zamiq Hüseynov, Aysel Əlizadə çıxış ediblər.

“Abad həyət”lərdə baş tutan konsert silsiləsi Yasamal rayon İcra Hakimiyyətinin dəstəyi ilə bu ərazidə də keçirilib və sənətkarlarımızı həyətlərində görüb, onların ifalarını eyvanlarından, pəncərələrindən izləmək sakinlərin geniş marağına və böyük sevincinə səbəb olub.

“Biz xalqın içindəyik” layihəsi çərçivəsində keçirilən konsertlər Mədəniyyət Kanalı ilə yanaşı, həm də Baş İdarənin @bakimedeniyyetidaresi “instagram” hesabı üzərindən canlı yayımlanıb.  

Sənətçilərimizin sakinlərlə növbəti görüşləri Nəsimi və Qaradağ rayonlarında baş tutacaq. Konsertlərin gələcəkdə də davam edəcəyi nəzərdə tutulub.

1news.az

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər