Bakının bu ərazilərində işıq sönəcək

Bu gün saat 10.30-dan 12.00-dək Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov, Bəxtiyar Vahabzadə və Şəhriyar küçələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaranacaq.
Bunu 1news.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, fasilə 669 saylı transformator məntəqəsində yenidənqurma və cari təmir işləri ilə əlaqədardır.
Qafar Ağayev
415