Mastercard-ın Bravo kampaniyası müştəri vərdişlərini dəyişməyə davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Mastercard-ın Bravo kampaniyası müştəri vərdişlərini dəyişməyə davam edir

11:30 - 21 / 04 / 2020
Mastercard-ın Bravo kampaniyası müştəri vərdişlərini dəyişməyə davam edir

Bravo supermarketlərində Mastercard ilə ödəniş etmək indi həm etibarlı, həm də sərfəlidir.

Mastercard 2020-ci ilin əvvəlində bir illik lotereya kampaniyasına start verdi. Kampaniyanın şərtlərinə əsasən Azərbaycanda hazırlanmış Mastercard və ya Maestro kartına sahib olan və alış-veriş üçün həmin kartlarla ödəniş edən istənilən Bravo müştərisi hər ay baş tutan lotereyada işitak etmək şansı qazanır və təmassız ödənişlər zamanı həmin şans on qat artır. Kampaniya başlayadan bəri kart əməliyyatlarında 40%, təmassız əməliyyatlarda isə 70% artım qeydə alınıb. Bu o deməkdir ki, insanlar nağd puldan yayınırlar və faydalarını gördükdən sonra daha etibarlı və təhlükəsiz ödəniş metodlarından istifadə edirlər. Lüks avtomobil uduşu üçün iyun ayının sonunda baş tutacaq ilk püşkatmaya yaxınlaşdıqca bu rəqəmlərin daha sürətlə artacağını gözləyirik.

Kampaniya, eyni zamanda kassirlərdən xalqı maarifləndirmək üçün istifadə etmək məqsədi daşıyır. Kassa aparatlarında işləyən zaman müştərilərdən ən çox kart və təmassız kart ödənişləri qəbul edən kassirlər mükafatlə təltif olunurlar. Kassirlər istehlakçılara kartla və təmassız ödəniş imkanı barədə məlumat verirlər və bu da öz növbəsində istehlakçı davranışının dəyişməyə kömək edir.

“Təmassız ödənişlərin sürətli, sadə və etibarlı olduğunu hamımız bilirik. İndi bu üçlüyə başqa faydalar da əlavə etmişik. Biz, Mastercard olaraq olaraq hökumətin Azərbaycanda daha şəffaf və daha güclü iqtisadiyyat üçün nağdsız cəmiyyətin qurulmasında rəqəmsal ödənişlərin “Nağdsız Azərbaycan” layihəsi vasitəsilə artırılmasına göstərdiyi səylərini dəstəkləməkdən məmnunuq”- deyə, Mastercard ölkə ofisinin rəhbəri Ərdəm Çakar bildirib.

Kampaniya Bravonun bütün mağazalarında keçərlidir. Bravonun onlayn alış-verişə başladığını nəzərə alsaq, alıcılara lazım olan tək şey ödənişlərini Mastercardla etmək və bununla da kampaniyadan 2 lüks Lexus avtomobili və 20 ədəd son model iPhone qazanmaq şansı əldə etməkdir. Təmassız ödəniş edən istehlakçılar hər tranzaksiya zamanı 10 dəfə daha çox uduş şansına sahib olurlar. Qaliblər və uduş tarixləri hər ay www.bravomastercardlottery.com  saytında elan olunacaq.

Mastercard haqqında (NYSE: MA), www.mastercard.com

Masterсard ödəniş sənayesində fəaliyyət göstərən qlobal bir texnologiya şirkətidir. Bizim missiyamız tranzaksiyaları daha təhlükəsiz, sadə, ağıllı və əlçatan etməklə hər kəsə hər yerdə faydalı olan əhatəli, rəqəmsal iqtisadiyyat yaratmaq və gücləndirməkdir. Təhlükəsiz məlumatlar, şəbəkələr və tərəfdaşlıqlardan istifadə edərək bizim innovasiya və həllərimiz fərdlərə, maliyyə institutlarına, hökümətlərə və şirkətlərə özlərinin ən böyük potensialını reallaşdırmaqda kömək edir. Bizim nizam-intizam əmsalımız bizim mədəniyyətimizə və şirkət daxilində və xaricində gördüyümüz hər bir işə stimul verir. Biz 210-dan çox ölkə və bölgədəki bağlantılarımızla biz hər kəs üçün qiymətsiz imkanlar açan dayanıqlı bir dünya qururuq.

Reklam hüququnda

Paylaş:
621

Son xəbərlər

Bütün xəbərlər