Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs qəza törətdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs qəza törətdi

14:03 - 22 / 04 / 2020
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs qəza törətdi

Bakıda avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs qəza törədib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, aprelin 20-də saat 21radələrində Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birində yuyucu işləyən Astara rayon sakini M.Bağırov Bakı şəhər sakini T.Şamilova məxsus “Kia” markalı avtomobili qaçırıb və paytaxt sakini E.Abdullayevin idarə etdiyi “VAZ-21015” markalı avtomobilə vurub. E.Abdullayev xəstəxanaya yerləşdirilib.

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bağırov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
478

Son xəbərlər

Bütün xəbərlər