#EvdəQal təlimatına əməl edən deputat seçicilərilə növbəti onlayn görüşlər keçirib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

#EvdəQal təlimatına əməl edən deputat seçicilərilə növbəti onlayn görüşlər keçirib – FOTO

19:14 - 22 / 04 / 2020
#EvdəQal təlimatına əməl edən deputat seçicilərilə növbəti onlayn görüşlər keçirib – FOTO

Bu gün, Milli Məclisin deputatı Şahin Seyidzadə Abşeron-Qobustan dairəsinin sakinləri ilə növbəti onlayn qəbulları həyata keçirib.

1news.az-ın verdiyi xəbərə görə, millət vəkili #Evdəqal təlimatı və xüsusi karantin rejiminin tələblərini nəzərə alaraq Qobustan rayonu üzrə Qobustan şəhəri və Yekəxana, Poladlı kəndləri, Abşeron rayonu üzrə isə Güzdək, Qobu, Saray və Hökməli qəsəbələrinin sakinlər tərəfindən daxil olmuş müraciət əsasında video zəng vasitəsi ilə qəbullar keçirib.

Gün boyu müraciətçilərlə fərdi görüşlərdə miqrasiya və vətəndaşlıq, kənd təsərrüfatı, mədəniyyət və gənclərin asudə vaxtının səmərəli təşili üçün nəzərdə tutulan mərkəzlər, kommunal və abadlaşdırma işləri, sosial müavinət, dövlət tərəfindən ayrılan güzəştli ev kreditləri və iş müraciətləri əsasında mövzular ətraflı dinlənilib.

Qeyd edək ki, hal-hazırda qüvvədə olan karantin rejimi ilə bağlı olaraq bu tipli onlayn görüşlər seçki dairəsinin seçiciləri tərəfindən daxil olan müraciətlər əsasında davamlı olaraq həyata keçiriləcəkdir.

#EvdəQal təlimatına əməl edən deputat seçicilərilə onlayn görüşlər keçirib - FOTO

S.Xankişiyeva

 

Paylaş:
649

Son xəbərlər

Bütün xəbərlər