Təhsil Nazirliyində vətəndaş qəbulu bu tarixə qədər dayandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyində vətəndaş qəbulu bu tarixə qədər dayandırılıb

11:10 - 22 / 04 / 2020
Təhsil Nazirliyində vətəndaş qəbulu bu tarixə qədər dayandırılıb

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının,  onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə  Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il mayın 4-dək fəaliyyətini dayandırıb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Qafar Ağayev

Paylaş:
427

Son xəbərlər

Bütün xəbərlər