Peşə hazırlığında fasilə yaranmış işsizlərə də təqaüd veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Peşə hazırlığında fasilə yaranmış işsizlərə də təqaüd veriləcək

10:31 - 23 / 04 / 2020
Peşə hazırlığında fasilə yaranmış işsizlərə də təqaüd veriləcək

Peşə hazırlığında fasilə yaranmış işsizlərə də təqaüd ödənişi davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 1news.az-a verilən məlumata görə, pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərini də əhatə edir. Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın günlərdə həmin şəxslərə fasilə yaranmış dövr üzrə təqaüdlərinin ödənişi təmin olunacaq. 

Bu sosial müdafiə tədbiri 500-dən çox müdavimi əhatə edəcək. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb edilirlər. Bu da onların əmək bazarına çıxışına və məşğulluğunun təminatına imkan yaradır. Peşə hazırlığına cəlb olunanlara hər ay minimum əmək haqqı qədər (250 manat) təqaüd verilir.

Qafar Ağayev

Paylaş:
442

Son xəbərlər

Bütün xəbərlər