Məktəblilərarası onlayn “Fibonacci” intellektual yarışmasına start verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəblilərarası onlayn “Fibonacci” intellektual yarışmasına start verilib

14:13 - 24 / 04 / 2020
Məktəblilərarası onlayn “Fibonacci” intellektual yarışmasına start verilib

Təhsil Nazirliyi tərəfindən məktəblilərarası onlayn şəkildə "Fibonacci" intellektual yarışmasına start verilib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, aprelin 24-də keçirilən ilk oyunda Bakı, Sumqayıt və Xırdalan şəhərlərindən ümumilikdə 75 komandanın (təxminən 500 nəfər) iştirakı gözlənilir.

Yarışma əsasən VIII-XI sinif şagirdləri arasında təşkil olunur. Növbəti oyunlarda digər bölgələrdən də şagirdlərin iştirakı təmin olunacaq.

Eyni zamanda onlayn formatda məktəblilərarası "Nə? Harada? Nə zaman?" intellektual yarışının təşkili də nəzərdə tutulur. Aprelin 25-də keçiriləcək sınaq oyununda 50-dən çox komandanın iştirakı gözlənilir.

Qeyd edək ki, əsas məqsəd koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə bilik və bacarıqlarından əlavə, məntiqi düşüncə və dünyagörüşünün də inkişafına nail olmaları üçün imkan yaratmaqdır.

Qafar Ağayev

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər