Koronavirus Azərbaycanda: 44 yeni yoluxan, 1 ölən, 65 sağalan - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirus Azərbaycanda: 44 yeni yoluxan, 1 ölən, 65 sağalan - RƏSMİ

16:15 - 24 / 04 / 2020
Koronavirus Azərbaycanda: 44 yeni yoluxan, 1 ölən, 65 sağalan - RƏSMİ

Azərbaycan Respublikasında 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya, aterosklerotik kardio skleroz, ürəyin işemik xəstəliyi olan 1935-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1013 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 114 410 test aparılıb.

Qafar Ağayev

Paylaş:
416

Son xəbərlər

Bütün xəbərlər