II “Virtual əlaçı” bilik yarışmasına start verilir | 1news.az | Xəbərlər
Cəmiyyət

II “Virtual əlaçı” bilik yarışmasına start verilir

17:02 - 24 / 04 / 2020
II “Virtual əlaçı” bilik yarışmasına start verilir

Aprelin 24-dən II "Virtual əlaçı" bilik yarışmasına start verilir. 

1news.az xəbər verir ki, yarışmada iştirak etmək üçün "Virtual məktəb" portalında “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olaraq orada yerləşdirilən testlərə cavab vermək lazımdır. Hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez düzgün cavab verən ilk 10 şagird qalib olacaq və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan ediləcək.

Qeyd edək ki, yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.

Qafar Ağayev

Paylaş:
646

Son xəbərlər

Bütün xəbərlər