Ramin Bayramlı: Aprelin 27-də Sumqayıtda laboratoriya istifadəyə veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramin Bayramlı: Aprelin 27-də Sumqayıtda laboratoriya istifadəyə veriləcək

19:13 - 24 / 04 / 2020
Ramin Bayramlı: Aprelin 27-də Sumqayıtda laboratoriya istifadəyə veriləcək

20 aprel tarixindən Şəki şəhərində Şəki Tibbi Ərazi bölməsini əhatə edən laboratoriyamız fəaliyyətə başlayıb.

1news.az xəbər verir ki, bunu TƏBİB-in sədri Ramin Bayramlı deyib:

“Bununla da biz hazırladığımız logistika xəritəmizi müasir cihazlarla təmin edə bilmişik. 27 aprel tarixindən isə Sumqayıt şəhərində COVİD-19-u aşkarlamaq üçün laboratoriya fəaliyyətə başlayacaq. Bütün işlər tamamlanıb, həmin laboratoriyada çalışan əməkdaşlar üçün təlimlər keçirilib. Bununla da diqnostik imkanlarımız genişlənəcək”.

R.Bayramlı bildirib ki, bu laboratoriyanın ölkəyə gətirilməsində özəl sektorun rolu böyük olub.

“Bu laboratoriyanın ölkəyə gətirilməsində, qurulmasında Paşa Holdinqin bizə xüsusi dəstəyi olub”.

Qafar Ağayev

Paylaş:
1111

Son xəbərlər

Bütün xəbərlər