TƏBİB: Karantin rejiminin tətbiqi ölkədə virusun kütləvi yayılmasının qarşısını aldı

“Karantin rejiminin tətbiqi ilə ölkədə virusun kütləvi yayılmasının qarşısı alınıb”.
1news.az-ın verdiyi xəbərə görə, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib:
“Tədbirlərin yumşaldılması və karantin rejiminin mərhələli ləğvi zərurəti yaranıb. Bir sıra ölkələr bu rejimdən mərhələli şəkildə çıxmağa hazırlaşır. Karantin tədbirlərinin tam aradan qaldırılması yenidən kütləvi yoluxma dalğası gətirə bilər. Ona görə də karantin rejimi mərhələli şəkildə ləğv edilməlidir”.
S.Xankişiyeva
714