Modul tipli xəstəxanalarda çalışacaq tibbi personal üçün təlimlər keçirilir

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə çarpayı fondunun genişləndirilməsi ilə bağlı qərar qəbul edilib. Belə ki, 10 modul tipli yeni xəstəxananın tikintisinə başlanılıb”.
1news.az xəbər verir ki, bunu TƏBİB-in sədri Ramin Bayramlı deyib.
“Hal-hazırda TƏBİB-in əməkdaşları bu xəstəxanalarda çalışacaq tibbi personalın hazırlanması üçün sürətlə təlim keçirlər. Əmin ola bilərsiniz ki, müddətdə bu xəstəxanalar açılacaq və bizim həmkarlarımız təlimləri keçərək fəaliyyətə başlayacaq.
R.Bayramlı bildirib ki, ölkə başçısı tərəfindən “Yeni Klinika” tibb mərkəzinin tibb işçilərinin istifadəsinə verilməsi və koronaviruslu xəstələr üçün açılması çox böyük dəstək verib.
“Qeyd edim ki, bu tibb mərkəzində 130-a qədər xəstə müalicə olunub, hazırda müalicəsi davam edənlər var”.
Qafar Ağayev