Azərbaycanda koronavirusa yoluxanların 54%-i qadınlardır

“Azərbaycanda koronavirusa yoluxanların 54 faizi qadın, 46 faizi kişilərdir”.
1news.az-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, bugünkü test sayı 4127, ümumi test sayı 114.410 olub:
"Ümumi yoluxma 1592-dir, 21 ölüm halı var. Vəfat edənlər arasında həkim həmkarımız da var, onun ailəsinə dərin hüznlə başsağlığı veririk. Ölkədə ümumi sağalanların sayı 1013, aktiv xəstələrin sayı 558-dir. Hazırda reanimasiyada olan xəstə sayı 20 nəfərdir, onlar əsasən Mərkəzi Neftçilər Xəstəxanası və "Yeni klinika"da olanlardır. Gündəlik yoluxma hallarının sayında azalma meyli var.
S.Xankişiyeva
690