Koronavirusa yoluxan tibb işçilərinin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirusa yoluxan tibb işçilərinin sayı açıqlandı

19:50 - 24 / 04 / 2020
Koronavirusa yoluxan tibb işçilərinin sayı açıqlandı

Bu günə qədər 300-ə yaxın tibb işçisi koronavirusa yoluxub.

1news.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib. 

“Təbii ki, koronavirusa yoluxanlar arasında tibb işçiləri də var. Bu günə qədər 300-ə yaxın tibb işçisi koronavirusa yoluxub. Onların əkəriyyəti bu virusa xəstəxana deyil, ev şəraitində və digər ərazilərdə yoluxublar. Sevindirici haldır ki, onların 70 faizi artıq sağalıb. Vəziyyəti ağır olan xəstə yoxdur”.- deyə, V.Qasımov qeyd edib.

1news.az

Paylaş:
765

Son xəbərlər

Bütün xəbərlər