Səhiyyə Nazirliyi: Azərbaycanın 12 rayonunda virusa yoluxma sıfıra enib | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyi: Azərbaycanın 12 rayonunda virusa yoluxma sıfıra enib

19:53 - 24 / 04 / 2020
Səhiyyə Nazirliyi: Azərbaycanın 12 rayonunda virusa yoluxma sıfıra enib

“Azərbaycanda bəzi regionlar artıq koronavirusdan təmizlənib”.

1news.az-ın verdiyi xəbərə görə, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, artıq koronavirusun qeydə alındığı 25 faiz ərazidə risk ocaqları ləğv edilib:

“Bu da ölkənin səhiyyə sisteminin gücündən xəbər verir. Hazırda 12 rayonda xəstəliyə yoluxma halı yoxdur”.

S.Xankişiyeva

 

Paylaş:
991

Son xəbərlər

Bütün xəbərlər