Rusiyadan Azərbaycana qayıdanlar arasında koronavirusa yoluxanlar var – TƏBİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiyadan Azərbaycana qayıdanlar arasında koronavirusa yoluxanlar var – TƏBİB

20:26 - 24 / 04 / 2020
Rusiyadan Azərbaycana qayıdanlar arasında koronavirusa yoluxanlar var – TƏBİB

“Rusiyadan Azərbaycana qayıdan 548 nəfər arasında ciddi yoluxma faktları aşkarı etmişik”.

1news.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Onlar karantin rejimində saxlanılacaq. Bu fakt bir daha onu göstərir ki, biz mütləq karantin rejimini xaricdən gələn vətəndaşlarımıza tətbiq etməli və müvafiq müayinələrdən sonra onların evə buraxılmasını təmin etməliyik”.

S.Xankişiyeva

 

 

Paylaş:
690

Son xəbərlər

Bütün xəbərlər