1151 sürücü karantin qaydalarını pozduğuna görə cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

1151 sürücü karantin qaydalarını pozduğuna görə cərimələndi

10:05 - 24 / 04 / 2020
1151 sürücü karantin qaydalarını pozduğuna görə cərimələndi

Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 23.04.2020-ci il saat 00:00-dan 24.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) 1news.az-a verilən məlumata görə, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 23.04.2020-ci il saat 00:00-dan 24.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1151 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 37515 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qafar Ağayev

Paylaş:
420

Son xəbərlər

Bütün xəbərlər