Bakıda avtobus minik maşını ilə toqquşdu - ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtobus minik maşını ilə toqquşdu - ölən var

10:33 - 24 / 04 / 2020
Bakıda avtobus minik maşını ilə toqquşdu - ölən var

Bakıda avtobusla minik avtomobili toqquşub.

1news.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Paytaxt sakini, 1964-cü il təvəllüdlü Aydın Məmmədovun idarə etdiyi "Daevo" markalı avtobus hərəkətdə olarkən qarşı hərəkət zolağından gələn, 1966-cı il təvəllüdlü Nicat Həsənovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində N. Həsənov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

1news.az

Paylaş:
477

Son xəbərlər

Bütün xəbərlər