Televiziya kanalları birgə fəaliyyət üçün Anlaşma sənədi imzalayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Televiziya kanalları birgə fəaliyyət üçün Anlaşma sənədi imzalayıb

15:33 - 25 / 04 / 2020
Televiziya kanalları birgə fəaliyyət üçün Anlaşma sənədi imzalayıb

Azərbaycan Respublikasında fəaliyyət göstərən 12 ümumrespublika televiziya kanalını təmsil edən 9 media qurumu televiziya industriyasının inkişafı istiqamətində birgə fəaliyyət üçün Anlaşma sənədi imzalayıb.

1news.az xəbər verir ki, Milli Televiziya və Radio Şurasından (MTRŞ) Trend-ə verilən məlumata görə, ümumrespublika televiziya kanallarının rəhbərləri tərəfindən imzalanmış razılaşma Şura tərəfindən ölkənin televiziya məkanında ciddi islahatların başlanğıcının işarəsi kimi qəbul edilib.

Qeyd edilib ki, yaxın iki həftə ərzində MTRŞ kabel şəbəkə operatorları, IP TV xidmət provayderləri, radio kanallar, reklam agentlikləri, telekanallar üçün video kontent istehsalçıları, həmçinin, dövlət strukturları və Milli Məclis üzvləri ilə əlavə məsləhətləşmələr apararaq Azərbaycanın audiovizual industriyasının inkişafı konsepsiyasının yaradılması üzərində işə başlayacaq.

1news.az

Paylaş:
692

Son xəbərlər

Bütün xəbərlər