Teleport texnologiyaları Azərbaycanda Covid-19 ilə mübarizəyə dəstək olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Teleport texnologiyaları Azərbaycanda Covid-19 ilə mübarizəyə dəstək olacaq

19:29 - 26 / 04 / 2020
Teleport texnologiyaları Azərbaycanda Covid-19 ilə mübarizəyə dəstək olacaq

Karantin və özünü təcrid şəraitində “Teleport“şirkəti, hökumətin yeni virusa qarşı mübarizədə göstərdiyi səylərə dəstək məqsədi ilə ictimai, təhsil və özəl təşkilatlara rahat şəkiləd kommunikasiyalar yaradabilən yeni, Teleport Meet adlı, pulsuz, ictimai video-konfrans xidmətini hazırlayıb və istifadəyə verib.

Hazırda şirkət və təşkilatların iş proseslərini kütləvi şəkildə “online” rejimə köçürmələri səbəbindən, Teleport bir-birindən uzaqda olan işçilərin ofis və kabinetlərin xaricində də vahid komanda olaraq birgə çalışmaları üçün pulsuz video - konfrans platforması təşkil edib. Video konfrans üçün tələb olunanlar sadəcə kamera və mikrofonu olan kompüter, planşet və ya smartfondur.

Yüksək keyfiyyətli və dayanıqlı video zənglər, virtual görüşləri real görüşlərə mümkün qədər yaxınlaşdırır. Slayd şoular, təqdimatlar, mətn mesajları, tam məxfilik və təhlükəsizlik kimi müxtəlif alətlər mövcuddur. Konfrans moderatorları iştirakçıların mikrofonlarını uzaqdan idarə etmək, çıxış edənləri təyin etmək və bir kliklə mesaj mübadiləsi etmək imkanlarına malikdirlər.

Teleport Meet işlədiyi bütün serverlər Azərbaycanda yerləşir. Xarici şirkətlərdən və beynəlxalq Internet kanallarında iş yükündən asılı deyil. Beləliklə, son vaxtlara qədər çox bahalı bir xidmət olan qrup video konfransları indi Teleport Meet ilə hər kəs üçün əlçatandır.

Teleport şirkəti haqqında:

Yaradıcı kollektivi olan, dinamik və sürətlə inkişaf edən Internet şirkəti olan “Teleport” bir Azərbaycan brendidir. “Teleport”ən qabaqcıl İnternet xidmətləri təqdim edir. Bakı və Abşeronda optik ötürmə şəbəkəsi olan “Teleport” özəl və korporativ müştərilərini yüksək sürətli Internet ilə təmin edir. Bakının yaşayış komplekslərində Wi-Fi şəbəkəsi və OTT televiziya xidmətlərinin lisenziyalı IPTV operatorudur. 2020-ci ilin əvvəlində Teleport SIP-telefoniya funksiyası olan pulsuz messencer - Teleport Communicator-u istifadəyə verib.

Paylaş:
1054

Son xəbərlər

Bütün xəbərlər