DİM: Yeni sınaq imtahanları əlavə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM: Yeni sınaq imtahanları əlavə edilib

16:43 - 27 / 04 / 2020
DİM: Yeni sınaq imtahanları əlavə edilib

Dövlət İmtahan Mərkəzi (DİM) Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanlarını 2020-ci il iyul ayınadək ödənişsiz edib.

Qurumdan 1news.az-a verilən xəbərə görə, martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 28883 istifadəçi tərəfindən 74334 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).

Bu gün portala 11-ci sinif şagirdləri üçün buraxılış (qəbul imtahanının birinci mərhələsi) imtahanı modelinə uyğun yeni ödənişsiz sınaq imtahanı, həmçinin 4-cü sinif şagirdləri üçün “Azərbaycan dili” və “Riyaziyyat” dərsliklərinin bütün bölmələri əsasında qiymətləndirmə tapşırıqları yerləşdirilib. Burada “Azərbaycan dili” dərsliyinin 8, “Riyaziyyat” dərsliyinin 6 bölməsinin hər biri üzrə 10 tapşırıq olan test blokları təqdim edilir. Şagirdlər mövzuları necə mənimsədiklərini bu materiallarla yoxlaya bilərlər.

Qeyd edək ki, portalda artıq şagirdlər 4-cü sinifdən başlayaraq 11-ci sinfədək fənlər və siniflər üzrə məktəb dərsliklərində keçilən mövzuların mənimsənilmə səviyyəsini yoxlamaq üçün onlayn sınaq imtahanları vermək imkanına malikdirlər.

Qafar Ağayev

Paylaş:
696

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər