Nazir: “Teledərslərdən 1 milyon 600 min şagird yararlanıb” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: “Teledərslərdən 1 milyon 600 min şagird yararlanıb”

17:23 - 27 / 04 / 2020
Nazir: “Teledərslərdən 1 milyon 600 min şagird yararlanıb”

"1 milyon 600 min şagird teledərslərdən yararlana bilib".

1news.az-ın məlumatına görə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkədə tətbiq olunan karantin rejimi Təhsil sektoruna da öz təsirini göstərdi: "Lakin Təhsil Nazirliyi tərəfindən çevik addımlar atıldı. Azərbaycan bölməsində, daha sonra isə rus bölməsində teledərslərə start verildi. Aprelin 29-da teledərslərin 1000-ci buraxılışı efirə gedəcək".

Ceyhun Bayramov bildirib ki, 1 milyon 600 min şagird teledərslərdən yararlana bilib: "Bu günə qədər 650 min şagird və müəllim virtual məktəb layihəsindən qeydiyyatdan keçib".

Qafar Ağayev

Paylaş:
495

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər