Dərslər nə zaman açılacaq? – Təhsil Nazirlindən açıqlama

“Məhdudlaşdırıcı başlanan zaman təhsil sahəsi ilk olaraq məhdudiyyətlər tətbiq edilən sahələrdən oldu. Bu təbiidir və anlaşılandır. Eyni zamanda biz indi tədricən yumşaldıcı tədbirlərə başlamışıq, növbəti addımlar tədricən həyata keçiriləcək”.
1news.az xəbər verir ki, bunu Operativ Qərargahın brifinqində Təhsil naziri Ceyhun Bayramov deyib:
“Yumşaldıcı tədbirlərin ümumilikdə bizdəki epidemioloji vəziyyətə təsiri təhlil edilərək və nəzərə alınaraq atılacaq. Mən hesab edirəm ki, bu anlaşıqlı qəbul olunmalı və qarşılanmalıdır. Açılışlar zamanı qərarlar qəbul olunan zaman təhsil sektoru sırada ilklərdən ola bilməz. Digər sahələrdə olan yumşaldıcı tədbirlər, onların nəticələri təhlil olunduqdan sonra təhsil sektoru ilə bağlı qərar verilə bilər”.
Qafar Ağayev